AZAL və “Buta Airways” aviabiletlərin dəyişdirilməsi və qaytarılması müddətini uzadıb

15:20 - 31.05.2020


31 may, Fineko/abc.az. Koronavirus pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar iyulun 1-dək (1 iyul daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Bu barədə ABC.AZ AZAL-ın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Bildirilir ki, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Daha ətraflı məlumat üçün https://www.azal.az/az/offer/547    linkinə daxil ola bilərsiniz.

 

Bütün xəbərlər