330x110
 

Türkiyədəki Azərbaycan bankının öhdəlikləri artıb – Hesabat

31.05.2020,15:58


31 may, Fineko/abc.az. Bildiyiniz kimi "Paşa Bank"ın türkiyədəki törəməsi – 2020-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 1-ci rüb ərzində bankın aktivləri 10,15% artaraq 1,7235 milyard lirədən 1,9 milyard lirəyə yüksəlib.

Artım əsasən bankın kreditləri hesabına olub – ilk rübdə kreditlərin məbləği Bankın kreditləri 17%-dən çox artaraq 1,06 milyard lirədən 1,243 milyard lirəyə yüksəlib.

"Paşa Bank Türkiyə"nin kredit portfelinin əksər hissəsi - 800 milyon lirəsi xarici valyutadadır. Birinci rübün sonunda bankın öhdəlikləri 13,9% artaraq 1 194 milyon lirədən 1 360 milyon lirəyə yüksəlib. Kapitalı isə 1,6% artaraq 540 milyon lirə olub.

Bunun 500 milyon lirəsi səhmdar kapitaldır.