Sədərək və Binə ticarət mərkəzlərinə tapşırıq verildi

16:18 - 31.05.2020


31 may, Fineko/abc.az. “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qurumun tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən görüşdə nazir müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

Görüşdə mayın 31-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla) fəaliyyətinin bərpa olunması ilə əlaqədar sahibkarların Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməsi vəziyyəti, ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması məsələləri müzakirə edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər