330x110
 

Dörd ayda yığımını 5 dəfə artıran sığorta şirkəti – Hesabat

01.06.2020,10:19


1 İyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandakı 22 sığorta şirkətindən 6-nın yığımları azalıb.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı yığımları artan sığorta şirkətləri də var.

Belə ki, sözügedən dövrdə 16 sığorta şirkətinin yığımları artıb. Faiz nisbətində ən böyük artım "Amrah sığorta" (5,5 dəfə) və "Naxçıvan sığorta"da (2,8 dəfə) qeydə alınıb. Məbləğ baxımından ən böyük artım isə "Paşa həyat" (21,1 milyon), "Paşa sığorta" (11,4 milyon) və "Qala sığorta"da (5 milyon manat) qeydə alınıb.

Müəllif: Elmir Murad