Bu həkimlərə əlavə maaş verildi – Məbləğ

10:48 - 1.06.2020


1 İyun, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb işçilərinə ödənilən məbləğləri açıqlayıb.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11 707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Belə ki, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1  milyon manat müddətli əlavə ödənilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər