Hərarəti olan abituriyentlər imtahana buraxılmayacaq – Məleykə Abbaszadə

11:55 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Abituriyentlər onlara deyilən saatda imtahan binasının qarşısında olmalıdır.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O abituriyentlərə xəbərdarlıq edərək ciddi yoxlama prosesinin olacağını vurğulayıb: "Heç kim düşünməsin ki, imtahan zamanı pozuntulara yol verə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq. Heç kim imtahana gecikməsin. Belə olsa, binanın həyətində sosial məsafə prinsipi pozula bilər. Kimin hərarəti olarsa, o, imtahana buraxılmayacaq. Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər