Magistratura üzrə ixtisas seçimi bu tarixdə olacaq – Açıqlama

12:11 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Magistratura səviyyəsi üzrə ixtisas seçimi iyunun 8-dən 18-ə qədər aparılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

M.Abbaszadə deyib ki, ixtisaslarla bağlı jurnalın bu həftəsonu çap olunacağını gözləyirik.

"Xüsusi qabiliyyət tələb edən ixtisaslar varsa, qeydiyyatdan keçmək lazım olacaq” - deyə M.Abbaszadə bildirib.

 

Bütün xəbərlər