“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 46,7 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirib

12:27 - 1.06.2020


1 iyun, Fineko/abc.az.  Bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon dollar olub.

ABC.AZ xəbər veririki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib.

Qeyd olunur ki, 2020-ci ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon  dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

 

Bütün xəbərlər