Bu məktəblilər üçün sentyabrda yenidən imtahan keçiriləcək

12:28 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Ailəsində virus aşkarlanmış məktəblilər bu il ali məktəblərə imtahan verə bilməyəcəklər.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, bu il buraxılış imatahanına gələn valideynlər və məktəblilər axırıncı 15 gün ərzində bəyannamə təqdim edəcəklər: "Ailə üzvü virusa yoluxan şagirdlər bu il ali məktəblərə imtahan verə bilməyəcəklər. Onlar tələbə olmaq istəsələr də, ətrafı da nəzərə almaq lazımdır. Ən əsas olan budur. Bunda da vətəndaş həmrəyliyi büruzə verir. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər. Xatırladım ki, əvvəllər də bu hal olub. Qızılca, sarılığı olan xəstələrə də bu, tətbiq olunub".

 

Bütün xəbərlər