330x110
 

Dörd ayda ixrac 6 faizə yaxın azalıb – Hesabat

01.06.2020,12:38


1 İyun, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib.

ABC.AZ sözügedən yeni saya istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.

Müəllif: Elmir Murad