330x110
 

Azərbaycanın 3 ölkəyə ixracı artıb – 4 ayın hesabatı

01.06.2020,13:58


1 İyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə statistika İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında təqdim edilib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.