Pamidor yenə birincidir – Qeyri-neft sektorundakı ixrac açıqlandı

14:07 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayını təqdim edib.

ABC.AZ sözügedən saya istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor yenə də birinci sıradadır.

Belə ki, sözügedən tarixdə 73,3 milyon ABŞ dollarlıq pomidor ixrac olunub.

İkinci sırada 44,3 milyon ABŞ dollarılıq ixracla pambıq mahlıcı və üçüncü yerdə isə 43,7 milyon ABŞ dollarlıq satışla qızıl qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər