Azərbaycanın 4 aydakı 10 əsas ixracatçı şirkətləri – Reytinq

14:14 - 1.06.2020


1 İyun, Fineko/abc.az. “İxrac İcmalı”nın may sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk 10 şirkətin siyahısı dərc edilib. Sözügedən onluqda birinci yerdə “Socar Polymer” MMC, 2-ci pillədə "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi, 3-cü "MKT İstehsalat Kommersiya" MMC, daha sonrakı yerlərdə isə sıralama ilə "Land Lojistic" MMC, "Sun Food" MMC, “STDC” MMC, "Aqrovest" MMC, "Natural Fruit" MMC," "Baku Steel Company" və "P-Aqro" MMC. qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər