Azexport.az portalına bu qədər sifariş edilib – Hesabat

14:40 - 1.06.2020


1 İyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ-ın məlumatına görə, “İxrac İcmalı”nda 2020-ci ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, sözügedən portalla ötən ilin müvafiq ayına nisbətən ixrac 20,8 faiz artıb. Aprel ayında Azexport.az portalı ilə ən çox ixrac sifarişinə gəlincə burada da pomidor birincidir.

Növbəti yerlərdə oyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı,  meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay,  buğda unu, uşaq bezi və s. mallar gəlir.

 

Bütün xəbərlər