AMB depozit hərracında 250 milyon manat cəlb edib

14:44 - 1.06.2020


1 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 250 mln. manat cəlb edib.

“AMB iyunun 1-də növbəti depozit hərracı keçirib və bu hərracda 250 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 716,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Bütün xəbərlər