Azərkosmos 26 ölkəyə xidmət göstərib – 4 ayın nəticəsi

14:45 - 1.06.2020


1 İyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə“İxrac İcmalı”nın yeni may sayında məlumat verilib. Məlumatda qeyd olunub ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya Birləşmiş Krallıq, Fransa və BƏƏ-dir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər