330x110
 

Banklardan 1,4 milyard manat kreditin ödənmə vaxtının uzadılması istənilib - Açıqlama

01.06.2020,16:23


1 İyun, Fineko/abc.az. Azərbaycanda koronavirus səbəbindən krediti ödəməkdə çətinlik çəkənlərin statistikası açıqlanıb

ABC.AZ xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bank sədri sözügedən məsələyə toxunaraq qeyd edib ki, ölkə banklarına kreditlərin restrukturizasiya edilməsi ilə bağlı 57 minə yaxın müraciət edilib.

Onun sözlərinə görə, müraciət edənlər 1,4 milyard manat kreditin uzadılmasını istəyib. "Bunlardan 94% biznes, 3% istehlak, 3% ipoteka kreditlərinin uzadılması ilə bağlı müraciətlərdir" deyə E. Rüstəmov vurğulayıb.