330x110
 

"Rəvan Sığorta"-da kapital çatışmazlığı var – Baş Bankir

01.06.2020,16:36


1 İyun, Fineko/abc.az. Azərbaycanda bir neçə bankın bağlanmasından sonra, onlarla bağlı sığorta şirkətlərini də vəziyyəti araşdırılıb.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, "Atabank"ın sığorta şirkəti (Atasığorta) tam sağlam vəziyyətdədir.

Baş bankir buna baxmayaraq "Amrahsığorta"da müəyyən çatışmamazlıqların olduğunu istisna etməyib: "Amma bu qanun icazə verdiyi səviyyədədir.

"NBC Bank"ın sığorta şirkətində (Rəvan Sığorta) isə əhəmiyyətli kapital çatışmazlığı var. Hər iki sığorta şirkətlərinə qısa vaxt verilib ki, bir iki ay ərzində kapitallarını tam bərpa etsinlər. Onların indiki kapitalı onların fəaliyyətləri üçün yetərlidir. Amma tam şəkildə tələb olunan kapitala çatması üçün onlar qarşısında ciddi tələblər qoyulub və onlar icra etməlidirlər. Əkss halda onlara qarşı addmlar atacağıq", - deyə o, qeyd edib.

Müəllif: Elmir Murad