AG Bank və NBC Bank-ın əmanətləri yaxın vaxtlarda veriləcək – Tarix bilindi

16:45 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Lisenziyaları ləğv edilmiş "AG Bank" ASC və "NBC Bank" ASC-dəki qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə iyunun 16-dan başlanılacaq.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir qeyd edib ki, həmin tarixdən bu iki bankda 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyalar, iyulun 15-dən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyalar veriləcək.

Bu banklarda agent olaraq “Azərbaycan Beynəlxalq Bankı” (ABB) seçilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər