330x110
 

Bolqarıstan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalarının artırılması prosesində iştirak edəcək

16.01.2018,10:42


16 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov, Bakı-Tbilisi-Qars beynəlxalq nəqliyyat layihəsində Bolqarıstanın iştirakı məsələsini müzakirə etdilər.

Yekun mətbuat konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur.

«Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün”, - dövlət başçısı belə deyib.