330x110
 

Sosial evlərin sayı arta bilər – Deputatdan təklif

01.06.2020,17:17


1 İyun, Fineko/abc.az. Milli Məclisin deputatı Aydın Mirzəzadə regionlarda da sosial mənzillərin tikilməsini təklif edib.

ABC.AZ bizimyol-a istinadən xəbər verir ki, deputat ölkədə bu günə kimi cəmi 2 sosial mənizl yaşayış massivinin tikildiyini qeyd edib.

Onun sözlərinə görə, tədricən onların həm sayı artacaq, həm də satılma şərtləri dəyişəcək. Millət iş yerlərinin açılması məsələsinə də toxunub.

“Hər təklifimizdə, hər çıxışımızda vətəndaşlarımız üçün iş yerlərinin açılması gündəmdə olur. Hər günün xəbərlərində də ayrı-ayrı bölgələrdə iş yerlərinin açılması məlumatı verilir”, - deyə o bildirib.