330x110
 

Nazirlər Kabinetində yeni təyinatlar olub - Adlar

01.06.2020,17:49


                      1 iyun, Fineko/abc.az.  Nazirlər Kabineti Aparatının strukturunda yeni təyinatlar olub.

Bunu ABC.AZ-a Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Belə ki, Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.