9 işəgötürən yoxlanılacaq – Araşdırma başlayacaq

10:20 - 2.06.2020


2 İyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

ABC.AZ-ın məlumatına görə, Xidmət tərəfindən nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb. 

Həmin  işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər