330x110
 

Rabitəbankın aktivləri 1 milyard manata yaxınlaşır

02.06.2020,11:37


2 iyun, Fineko/abc.az.  Aktivlərinə görə ölkənin 10 ən böyük banklardan biri olan “Rabitəbank” ASC 31 may 2020-ci il tarixinə əsasən maliyyə göstəricilərini açıqlayıb. Cari ilin 5 ayı ərzində bank aktivləri 26% artaraq 934 milyon manata çatmışdır.

Bundan əlavə cari ilin əvvəli ilə müqaisədə "Rabitəbank"ın kredit portfeli 4% artaraq 400 milyon manata çatmışdır. Qeyd olunan dövr ərzində bankda olan müştəri depozitlərinin həcmində də ciddi artım müşahidə edilmişdir. Belə ki, müştəri əmanətləri ilin əvvəlindən 32%, yəni 165 milyon manat artaraq 686 milyon manat təşkil etmişdir.

Bu göstəricilərlə yanaşı bankın 31 may, 2020-ci il tarixinə məcmu kapitalı 104 milyon manat təşkil edir ki, bu da tələb olunan minimum kapital tələbindən iki dəfə çoxdur. Hal-hazırki maliyyə göstəricilərinə əsasən “Rabitəbank” stabil və dinamik inkişaf trendini qoruyub saxlamaqla yüksək likvidlik və güclü kapital mövqeyinə malikdir.

2019-cu ildə il korporativ imicini yeniləyən “Rabitəbank” fəaliyyət dairəsini daim genişləndirməkdədir. Biznesin inkişaf etdirilməsi ücün kreditlərlə yanaşı bank coxfunksiyalı mobil tətbiqi və unikal keşbək sistemli “Kartmane” kartı ilə müştərilərini rahat bankçılıq imkanları ilə təmin etmişdir.

 

"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Açar sözlər: Rabitabank