330x110
 

Keçən il Azərbaycanda təxminən 39 milyon ton neft hasil olunub

16.01.2018,11:18


16 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2017-ci ilin əvvəlindən 7 427,1 min ton neft hasil edib.

Şirkətdən verilən məlumatda deyilir ki,  2017-ci ilin yalnız dekabr ayında şirkət,  624,3 min ton neft hasil edib.

2017-ci ildə ümumilikdə Azərbaycanda neft hasilatının həcmi 38 688,9 milyon ton təşkil edib, o cümlədən, 2017-ci ilin dekabr ayında  3 362,4 milyon ton neft hasil olunub.

 

 

Açar sözlər: ARDNŞ hasilat