Gürcüstan bəzi ölkələrlə sərhədlərini bağlı saxlayacaq – Siyahıda Ermənistan da var

14:10 - 2.06.2020


2 iyun, Fineko/abc.az. Gürcüstan Ermənistan da daxil olmaqla, koronavirusun yüksək yayılma səviyyəsi olduğu ölkələrdən olan turistlər üçün sərhədlərini aça bilməyəcək.

ABC.AZ-ın xarici KİV-lərə istinadən məlumatına görə, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə minimal riskli ölkələrdən turistlər qəbul edəcək. "Turistin Gürcüstana səfərdən öncə keçməli olduqları müəyyən prosedurlar hazırlanır" deyə Mərkəz rəhbəri vurğulayıb.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq. Ölkə ilk mərhələdə İsrail, Avstriya, Çexiya və Ukrayna ilə qarşılıqlı turist səfərləri üçün təhlükəsiz dəhlizlər yaratmaq niyyətindədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər