330x110
 

Bakı Fond Birjası hesabat verdi – 20 faiz azalma var

02.06.2020,14:26


2 İyun, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2019-cu ildəki mənfəətini açıqlayıb.

ABC.AZ BFB-yə istinadən  xəbər verir ki, sözügedən dövrü Birja nə az, nə çox 3 milyon 23 min manat xalis mənfəətlə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2018-ci illə nisbətən 2019-cu ildə Bakı Fond Birjasının xalis mənfəəti 760 min manat və ya 20% azalıb.

Azlamanın əsas səbəbi cəmi gəlirlərin 2018-ci ildəki 5 milyon 693 min manatdan 2019-cu ildə 4 milyon 652 min manata geriləməsidir.

Qeyd edək ki, cəmi gəlirlər 1,041 milyon manat və ya 18,2% azalıb.

Müəllif: Elmir Murad