Neft sektorundan asılıq azaldılacaq – Nazirdən açıqlama

14:58 - 2.06.2020


2 İyun, Fineko/abc.az. “Sevindirici hal ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub”.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub: “31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.

 

 

Bütün xəbərlər