Bakıda bir neçə məktəb binasının təmiri üçün tender keçirilir

15:36 - 2.06.2020


2 iyun, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 4 açıq tender elan edir.

Tender 1- Xətai rayonu 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusunun  (idman və akt zalı ilə) inşası, tenderdə iştirak haqqı 1000 manatdır.

Tender 2- Zabrat qəsəbəsində 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisi, tenderdə iştirak haqqı 1000 manatdır.

Tender 3- Zabrat qəsəbəsində 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi,  tenderdə iştirak haqqı 1000 manatdır.

Tender 4 - Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisi,  tenderdə iştirak haqqı 1000 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 23.06.2020 11:00tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.07.2020 11:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 03.07.2020 11:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Əhməd Məmmədov

Telefon: (994 50)  612 1527

 

Bütün xəbərlər