Karantin iqtisadiyyata mənfi təsir edib – Nazirdən etiraf

15:46 - 2.06.2020


2 İyun, Fineko/abc.az. Azərbaycanda karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmaz idi.

ABC.AZ xəbər verir ki bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, hazırda təhlillər aparılır: “Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk. Karantin müəyyən müddət oldu. Şübhəsiz ki, onun mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantin çıxmaqla ölkə iqtisadiyyatında başqa prosessləri izləyirik".

 

Bütün xəbərlər