330x110
 

Azərbaycan BP-nin sıralamasında 5-ci yerdədir – Yeni hesabat

02.06.2020,15:56


2 İyun, Fineko/abc.az. BP-nin törəmə şirkətlərinin dünyanın müxtəlif yerlərində təbii qaz hasilatında Azərbaycanın xalis payı 5 faizdir.

ABC.AZ-ın məlumatına görə, by barədə BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”ndakı icmalında qeyd olunub.

Bu sıralamada ilk yerdə 61 faizlə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya kimi ölkələr, ikinci yerdə 32 faizlə ABŞ, üçüncü sırada isə 2 faizlə Avropa qərarlaşıb. BP qlobal miqyasda gündəlik ümumilikdə 7 milyard 366 milyon kubfut qaz (şirkətlərin iştirak payı istisna olmaqla) çıxarır.

Qeyd edək ki, BP 1995-ci ildə əməliyyatların başlamasından bəri (ötən ilin sonuna kimi) Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinə 75 milyard dollar əsaslı xərclər çəkib.

Müəllif: Elmir Murad