Keçən il ARDNŞ 6 089 milyon kubmetr qaz hasil edib

11:21 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2017-ci ildə  6 089 milyon kubmetr həcmində təbii qaz hasil edib.

ARDNŞ-dən verilən məlumatda deyilir ki, 2017-ci ilin yalnız dekabr ayında 550,9 milyon kubmetr qaz hasil olunub.

“Ötən il Azərbaycanda isə qaz hasilatının həcmi 28 597,9 mln. kubmetr təşkil edib. Dekabr ayında Azərbaycanda 2 510,6 mln. kubmetr qaz hasil olunub”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər