330x110
 

Azərbaycan Misirə yeni məhsul ixracına başlayıb

02.06.2020,17:21


2 İyun, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC ilk dəfə olaraq Misirə alüminium pəstahlar (alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammal) ixrac etməyə başlayıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, ilkin olaraq, Misirə 100 ton həcmində məhsul göndərilib. Növbəti mərhələdə daha 200 ton məhsulun ixracı nəzərdə tutulur. Alüminium pəstahlar “STP” MMC-nin Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.

Qeyd edək ki, “STP” MMC bundan əvvəl Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.