Bakıda binların fasadları dəyişdirilir – Yeni dizaynla qurulur

10:08 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Bakı şəhər icra hakimiyyəti paytaxın ayrı-ayrı küçələrində abadlıq və obyektlərin dizaynının dəyişdirilməsi işlərinə başlayıb.

ABC.AZ xəbər verir ki, İcra Hakimiyyətinin yaydığı məlumata görə, artıq Xətai rayonu Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılıb.

Hazırda  yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Mütəxəssislərin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulması aparılır.

Eyni zamanda küçə kənarında  yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər