Azərbaycan Prezidenti pandemiya şəraitində sosial sığorta dərəcələrinin dəyişməsini və biznesə vergi güzəştlərinin verilməsini təsdiq edib

10:22 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" qanuna dəyişiklikləri təsdiq edib.

ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsinə COVİD-19 koronavirus pandemiyası şəraitində biznes subyektlərinə vergi güzəştllərinin tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.

Düzəlişlərə əssaən, 2020-ci il yanvarın 1-dən otellər və digər turizm obyektləri, turoperatorlar və turagentlərin fəaliyyəti, ictimai iaşə fəaliyyəti, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə ödənişdən azad olunur.

O cümlədən, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahətvə əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, hazırlıq (tədris) və ixtisasartımakurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti müddətinə əmlak və torpaq vergilərindən azad edilir. Bu qərar Nazirlər Kabineti tərəfindən karantin rejimi ilə əlaqədar fəaliyyəti tam və ya qismən dayandırılan sahələrə də şamil ediləcək.

Eyni zamanda, 2020-ci il yanvarın 1-dən qeyd olunan sahələrdən əldə edilən mənfəətin (gəlirin) 75%-i miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur. O cümlədən, sadələşdirilmiş vergi məbləği üzrə 50% güzəştin verilməsi nəzərdə tutulur.

Koronavirusdan zərər görən sahələrə digər güzəştlər də tətbiq olunacaq. Daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14%-dən 7%-ə endiriləcək. Bu sahələr bir il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilir. 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılır.

Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri 2019-cu il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin 2020-ci il 1 sentyabr tarixinədək uzadılır. Hımçinin, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınır. İctimai iaşə sahəsində fəaliyyət göstərən və ƏDV ödəyiciləri qismində qeydiyyatdan keçən şəxslərə 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsi cari ilin sentyabr ayının 1-dək uzadılıb.

Azərbaycan prezidenti İlham Əliyev “Sosial sığorta haqqında” qanuna COVİD-10 koronavirus pandemiyası şəraitində fərdi sahibkarlıqla məşğul olan biznes subyektləri üçün güzəştlərin tətbiqini nəzərədə tutan təklif edilən dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əssaən, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25%-i, digər sahələrdə 15%-i miqdarında olmaqla hesablanacaq. Həmçinin, regionlar üzrə diferensial faiz əmsalları tətbiq ediləcək.

Hazırda sosial sığorta ayırmaları üzrə dərəcələr müvafiq olaraq 50% və 25% təşkil edir.

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişikliklər qüvvəyə minəndən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək, bu da 50% azdır.

Həmçinin, Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Yeni şərtlərə əsasən, onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcəklər və ya 40% azalma deməkdir.

Məcburi dövlət sosial sığorta haqqı 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50%-i, digər sahələrdə 25%-i miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsalları tətbiq ediləcək.

1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunur: toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5%-i miqdarında; fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5%-i miqdarında; çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3%-i miqdarında; saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3%-i miqdarında; fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3%-i miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur: 5 hektaradək olduqda – 2% miqdarında (5 manat); 5 hektardan 10 hektaradək – 6% miqdarında (bir nəfərə 15 manat); 10 hektardan yuxarı – 10% miqdarında (bir nəfərə 25 manat).

Həmçinin, vəkillər kollegiyasının üzvləri, auditorlar və mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı minimum əməhaqqının 20%-dən 10%-dən azaldılıb.

 

Bütün xəbərlər