Bu rayonda küçədə mini kitabxana açılıb – Kitablar pulsuz olacaq

10:32 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Naftalan şəhərində Azərbaycanda və regionda ilk “Little Free Library” kitabxanası açılıb.

ABC.AZ məlumat verir ki, əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalanın şəhər əhalisinin və xarici turistlərin ixtiyarına verilib.

Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək və ölkəmiz həmin saytın xəritəsində ölkələr sırasında yer alıb.

Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər bir nəfər üçün nəzərdə tutulubdur. Qeyd edək ki, “İ Love Naftalan” adlanan həmin bölmə Regionda ilk kəs məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıb.

 

 

Bütün xəbərlər