Bu marşurutlar üzrə avtobusların fəaliyyəti dayandırılır – Sabahdan

11:31 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Bakıda fəaliyyət göstərən 7 ekspres marşrut üzrə sərnişindaşımalar iyunun 4-dən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və mayın 9-dan Bakı Metropoliteninin fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspres marşrutlara olan tələbatın kəskin (84 faizədək) azalması müşahidə edilib.

Həmçinin daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər