İstixanalarından 105 ton pomidor yığılan rayon – Adı açıqlanıb

11:43 - 3.06.2020


3 iyun, Fineko/abc.az. İmişlidə bir müddət əvvəl istixanalardan pomidor yığımına başlanılıb və indiyədək 105 ton məhsul toplanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a verilən məlumata görə,  tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir.

Qeyd edək ki, İmişlidə 7.6 hektar ərazisi olan 7 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar da yaradılır ki, yaxın vaxtlarda bu komplekslərdə də tərəvəz yetişdirilməsinə başlanılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər