Azərbaycanın xarici işlər naziri Ermənistanın xarici işlər naziri ilə görüşəcək

12:25 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. 18 yanvar 2018-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək.

Azərbaycan XİN-dən verilən məlumata əsasən,  xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov  (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

 

 

Bütün xəbərlər