330x110
 

Prezident yeni yarımstansiyanın açılışında iştirak edib

03.06.2020,14:08


3 iyun, Fineko/abc.az. İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.