Neft Fondu Azəri-Çıraq-Günəşlidən bu qədər qazanıb

14:42 - 3.06.2020


3 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $2 milyard 106 milyon gəlir əldə edib.

ABC.AZ Fondun yaydığı məlumata istinadən xəbər verir ki, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 120 milyon ABŞ doları təşkil edib. 

Bu il yanvarın 1-dən iyunun 1-ə kimi isə  Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər 66 milyon ABŞ dolları olub. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər