Dəmir yolları stansiyalarında velosiped dayanacaqları olacaq – Yenilik

15:17 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Azərbaycanda yeni dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a bildirilib ki, hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər.

Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər