Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2017-ci il ərzində yarım milyarddan çox məbləğ toplayıb

12:44 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2017-ci ili yanvar-dekabr yaları ərzində 556,866,578 milyon manat toplayıblar.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında deyilir ki, hesabat dövrü ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257,109,597 milyon manat təşkil edib.

“Yanvar-dekabr aylarında toplanmış haqların hər 100 manatına 46,2 manat ödəniş düşüb, 2016-cı il ərzində isə bu göstərici 48,8 manat təşkil etmişdir”, - məlumatda belə deyilir.

Könüllü sığorta bazarı üzrə haqlar 375 milyon 231 min manat, bu sığorta növləri üzrə ödənişlər isə 199 milyon 425 min manata yaxın məbləğ təşkil edib.

2017-ci ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67.4% könüllü, 32.6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77.6% könüllü, 22.4% icbari sığorta növlərinin payına düşüb.

Azərbaycanda 21 sığorta şirkət fəaliyyət göstərir.

 

Bütün xəbərlər