Bu rayonun prokuror müavini işdən çıxarıldı – Əmr verildi

16:16 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında kadr islahatı həyata keçirib.

ABC.AZ xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov K. Əliyevin Səbail rayon prokurorunun müavini Orxan Nuriyevi vəzifəsindən azad etdiyini bildirib.

O qeyd edib ki, Baş prokuror K. Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

O.Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.

 

Bütün xəbərlər