Mikayıl Cabbarov Təhsil Nazirliyindən transferləri davam etdirir

16.01.2018,12:50


16 yanvar, Fineko/abc.az. Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov yeni strukturun formalaşdırılması prosesini davam etdirir.

Fineko/abc.az İnformasiya Agentliyinə mənbələrdən məlum olub ki, nazir, Orxan Nəzərlini, Abdulla Tağıyevi və Xəqani Abdullayevi müşavir vəzifəsinə təyin edib. Müşavirlərin üçü də daha öncə Azərbaycan Təhsil Nazirliyində çalışıblar.

Beləliklə, Camal Həsənov və Elnur Əliyevlə birlikdə müşavirlərin sayı beşə çatdırıldı.

 

 

 

Açar sözlər: Cabbarov vergilər