330x110
 

İtaliya bəzi ölkələrlə sərhədlərini açdı – Siyahı

03.06.2020,17:33


3 iyun, Fineko/abc.az. İtaliya bu gündən etibarən Avropa ölkələrindən gələn turistlər üçün sərhədləri açır.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İtaliyanın “The Local” nəşri yazıb.

Belə ki, hökumət Avropa İttifaqı ölkələri, Şengen zonasının dörd ölkəsi - İslandiya, Norveç, Lixtenşteyn və İsveçrə, habelə Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələnlər üçün tətbiq olunan iki həftəlik karantin qaydasını ləğv edib. Beynəlxalq uçuşlar Milan, Roma və Neapol şəhərlərindən bərpa ediləcək.

İtaliyanın Baş Naziri Cüzeppe Conte beynəlxalq turizmin bərpası ilə ölkənin koronavirusa yoluxma hallarının artım riski ilə üzləşdiyini bildirib. “Biz infeksiya hallarının yenidən artması riski ilə üz-üzəyik. Ancaq bu faktı qəbul etməliyik, əks təqdirdə biz heç vaxt yenidən başlaya bilməyəcəyik” ,- deyə Konte bildirib.

Qeyd edək ki, İtaliyada 233 515 nəfər koronavirusa yoluxub, 33 530 nəfər xəstəlik səbəbindən həyatını itirib.