Dolların məzənnəsində müəyyən dəyişiklik ola bilər – Vüqar Bayramov

10:18 - 4.06.2020


4 iyun, Fineko/abc.az. ABŞ-da son baş verənlər fonunda Birləşmiş Ştatlar dollarında səbət valyutalarına nisbətdə müəyyən dəyişikliklər ola bilər.

Bunu ABC.AZ-a Millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, pandemiya və ABŞ-da baş verən son iğtişaşlar Amerika iqtisadiyyatına mənfi təsir edir. Onun sözlərinə görə, iğtişaşlarla yanaşı pandemiya da ABŞ iqtisadiyyatına az zərər vurmayıb.

Amma təbii Birləşmiş Ştatlar yenə də iqtisadi baxımdan dünyanın aparıcı ölkəsidir.

Eyni zamanda da valyuta baxımından ABŞ dollarına alternativ valyutalar hələlik praktik olaraq yoxdur:  "Təbii səbət valyutalar var. Səbət valyutalarda olan valyutalardan indiki halda dollara alternativ ola biləcək valyuta avrodur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Avrozonada da pandemiya səbəbindən vəziyyət heç də ürəkaçan deyil. Bu da təbii ki, nəticə etibarı ilə avronun da məzənnəsinə birbaşa təsir edir. Bu baxımdan ABŞ-da son baş verənlər fonunda Birləşmiş Ştatlar dollarının səbət valyutalarına nisbətdə müəyyən dəyişikliklər ola bilər. Əslində Fed-də (Amerika Mərkəzi Bankı) dolların ucuzlaşmasında maraqlı görsənir. Amma dolların kəskin ucuzlaşması hələlik gözlənilən deyil".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər