Rövnəq Abdullayev BP şirkətinə təşəkkür etdi – Tərəfdaşlığa görə

12:12 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu SOCAR-a keçib.

ABC.AZ-ın məlumatına görə, texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və bp 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev operatorluğun onlara keçidi ilə bağlı deyib ki, 2015-ci ildən bəri biz Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoruyuq və kəmərin bütün kommersiya əməliyyatlarıni yüksək səviyyədə həyata keçirmişik: "İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür. Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik”.

 

Bütün xəbərlər