AMB valyuta hərracında banklara $44,7 mln. satıb

14:05 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyunun 4-də banklara $44,7 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $44,7 mln. təşkil etmiş və tam təmin edilmişdir", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

 

Bütün xəbərlər