Türkiyə və Azərbaycan sərhədləri açılır – Vaxt bilindi

15:22 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Türkiyə Azərbaycanla hava sərhədini 15 iyundan etibarən açır.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğluaçıqlama verib.

O bildirib ki, sərhədlərin açılması prosesi iyunun 10-dan baş tutacaq. Türkiyə Azərbaycan daxil 40 ölkə ilə aviareysləri mərhələli şəkildə bərpa edəcək.

Bildirilib ki, ilk növbədə 10 iyun tarixindən etibarən Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstanla uçuşlar bərpa ediləcək.

Azərbaycanla aviareyslərin 15 iyun tarixindən etibarən açılmasına qərar verilib.

 

 

Bütün xəbərlər